Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb

S.Xankişiyeva17:19 - 17 / 03 / 2022
Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı sabah saat 11:00-dək uzadılıb.

1news.az-ın DİM-ə istinadla verdiyi xəbərə görə, saat 16:50-yə olan məlumata əsasən, 94 323 nəfər ərizəsini təsdiq edib.

Onlardan 86333-ü Azərbaycan, 7990-ı isə rus bölməsi üzrə təhsil alanlardır. I ixtisas qrupu üzrə 31604 (Azərbaycan bölməsi 28959, rus bölməsi 2645), II ixtisas qrupu üzrə 19700 (Azərbaycan bölməsi 17941, rus bölməsi 1759), III ixtisas qrupu üzrə 20914 (Azərbaycan bölməsi 18912, rus bölməsi 2002), IV ixtisas qrupu üzrə 5153 (Azərbaycan bölməsi 4431, rus bölməsi 722), V ixtisas qrupu üzrə 68410 (Azərbaycan bölməsi 63362, rus bölməsi 5048), kolleclərə 72703 (Azərbaycan bölməsi 68722, rus bölməsi 3981) nəfər sənəd verib.

"Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında (1-ci cəhd) iştirak edəcək abituriyentlərin sayı 7404, 2021-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 583 nəfərdir.

Eyni zamanda 2021-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı 344 nəfərdir.

Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi. Sənəd qəbuluna martın 4-dən başlanılıb.

Paylaş:
474

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər