Çavuşoğlu Ukraynada Kuleba ilə görüşdü: “Atəşkəs ümidimiz bir az daha artıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Çavuşoğlu Ukraynada Kuleba ilə görüşdü: “Atəşkəs ümidimiz bir az daha artıb”

Qafar Ağayev17:55 - 17 / 03 / 2022
Çavuşoğlu Ukraynada Kuleba ilə görüşdü: “Atəşkəs ümidimiz bir az daha artıb”

Rusiyaya səfəri başa çatan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sonra Ukraynaya gedib.

1news.az xəbər verir ki, M.Çavuşoğlu ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba görüş keçirilib.

M.Çavuşoğlu Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması üçün ölkə liderlərinin qısa zaman ərzində görüşünün təşkil olunmasının vacibliyini vurğulayıb.

"Mənim bu iki səfərimin nəticəsi olaraq döyüşlər barədə qəti fikir demək çətindir, amma onu deyə bilərəm ki, atəşkəs ümidimiz bir az daha artıb. Tərəflərin bir-birinə yaxınlaşmasının mümkün olduğu məsələlərdə anlaşma əldə olunarsa, iki liderin görüşmək ehtimalı artır", - deyə M.Çavuşoğlu bildirib.

Paylaş:
585

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər