Qubanın Qrız kəndində 15 dərəcə şaxta olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubanın Qrız kəndində 15 dərəcə şaxta olub

14:02 - 17 / 03 / 2022
Qubanın Qrız kəndində 15 dərəcə şaxta olub

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarına qar yağıb.

Ən çox yağıntı Xızının Altıağac qəsəbəsinə düşüb.

Burda qarın hündürlüyü 32 sm-ə çatıb. Şabranda 2 sm, Xaçmaz 1 sm, Qubanın rayon mərkəzində isə 3 sm hündürlüyündə qar qeydə alınıb.

Qubanın Qrız kəndində 16 sm, Xaltanda 27 sm qar yağıb.

Ən aşağı temperatur isə Qubanın Qrız kəndində olub. Burda havanın temperaturu mənfi 15 dərəcəyə enib.

1news.az

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər