Vilyam Hacıyevin məhkəməsi: “Amma kişi kimi danışaq da, 5 min manatı vermişəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilyam Hacıyevin məhkəməsi: “Amma kişi kimi danışaq da, 5 min manatı vermişəm”

Qafar Ağayev12:44 - 18 / 03 / 2022
Vilyam Hacıyevin məhkəməsi: “Amma kişi kimi danışaq da, 5 min manatı vermişəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkili vəsatət verib ki, prosesin səs yazısı yazılsın. Hakim isə bildirib ki, məhkəmədə belə imkan yoxdur.

Prosesdə ifadə verən Qaralar kənd bələdiyyəsinin sədri Şıxalı Gülməmmədov bildirib ki, Vilyam Hacıyevi icra başçısı kimi tanıyıb.

"Əvvəllər sahibkar kimi fəaliyyət göstərirdim. 2015-ci ildə bələdiyə sədri seçilmişəm.
Rayonda tədbirlər, quruculuq işləri olanda sahibkar kimi yardım etmişəm. Çünki əvvəl sahibkar olmuşam. Pul verəndə mühasibə vermişəm, Vilyam Hacıyevə yox. Müəyyən miqdarda mən də imkanım çatan qədər kömək edirdim", - şahid bildirib.

Digər şahid Namiq Xankişiyev isə deyib ki, Sərxanlı kənd sakinidir:

"Torpağım olub. Atamın adından öz adıma keçirəndə icra hakimiyyətinin hüquqşünası Rafiq Zahidova 1300 manat vermişəm. Vilyam Hacıyevlə heç bir münasibətim olmayıb.

İmişli rayonunda sahibkarlıqla məşğul olan Hümbət Həsənov isə bildirib ki, Vilyam Hacıyevi rayon rəhbəri kimi tanıyıb: "Heç vaxt Vilyam Hacıyevlə münasibətim olmayıb. Yanacaqdoldurma məntəqəsi var idi. Onu böyütmək üçün baş memara müraciət etdim. Dedilər ki, bunun üçün rayonun quruculuq işləri üçün icra hakimiyyətinə 3 min manat verməlisən. Mən də pulu baş memar Nazimlə birlikdə mühasibatlığa verdim".

Hazırda bələdiyyə sədri işləyən Məni Atakişiyev qeyd edib ki, əvvəllər Pambıq Zavodunun direktoru, şəhər icra nümayəndəsi işləyib:

"Yaxşı münasibətimiz olub Vilyam Hacıyevlə. Duz-çörək kəsmişik. Tanışım var idi, Səadət Şəhpələngova bağça müdiri işləyirdi, səhv işləyirdi. Vilyam müəllim də onu çıxartmaq istəyirdi. Gəldim Vilyam Hacıyevə xahiş elədim, eşitdi. O da buna görə mənə 5 min manat verdi, mən də icra hakimiyyətinin mühasibi Cəmilə 5 min manat verdim.

Vilyam müəllim, başına dönüm, səni mən həmişə sevmişəm. Amma kişi kimi danışaq da, 5 min manatı vermişəm".

Digər şahid Orxan Atakişiyev isə bildirib ki, icra hakimiyyətindən təqdimat almaq üçün rüşvət verib: " Prezident yanında İdarəçilik Akademiyasına qəbul olmaq üçün icra hakimiyyətindən təqdimat almalı idim. Bələdiyyə sədri, əmim Məmi Atakişiyevə 5 min manat verdim, o da icra hakimiyyətindən təqdimat aldı. Təqdimatdan sonra məni akademiyaya qəbul etdilər".

İmişli Dəmir yolunda məsul vəzifədə çalışan Aydın Xankişiyev isə bildirib ki, rayonda quruculuq işləri üçün icra hakimiyyətinin mühasibinə 1000 manat verib.

Digər bələdiyyə sədri Malik Əzimov bildirib ki, rayonun abadlaşmasına pul verib.

"Başçı iclasda dedi ki, abadlıq işlərinə kömək lazımdı. Mən də mühasibə 2 min manat verdim. Başqa heç kimə pul verməmişəm"- bələdiyyə sədri deyib.

İmişli rayon Yalavac kənd sakini Malik Əliyev isə deyib ki, sahibkarlıqla məşğuldur.
"Kənd təsərrüfatı təyinatlı 300 hektar torpaq almışam. Bununla bağlı icra hakimiyyətinin mühasibinə müraciət etmişəm. Məndən 70 min manat istədi, verdim. O da torpağın sənədlərini verdi. İndi də həmin torpaq sahəsi istifadəmdədir. 180 baş inəyim var".

Şahid Rasim Kazımov isə deyib ki, pambıq əkmək üçün torpaq almağa görə rüşvət verib.

"Rayonda sahibkarlıqla məşğulam. Vilyam Hacıyevə bu barədə müraciət etdim. Özü ilə görüşdüm. Mənə dedi ki, 350 hektar torpaq sahəsi üçün 15 min manat verməlisən. Mən də 10 min manat bir, 5 min manat da bir gətirib icra hakimiyyətinin mühasibinə verdim. Sonra mənə icazə verdilər torpağı əkdim", - sahibkar bildirib.

Vilyam Hacıyev şahidlərin yalan danışdığını bildirib: "Şahidlər yalan danışır. Biri deyir 300 hektara görə 70 min manat vermişəm, digəri isə deyir ki, 350 hektara görə 15 min manat vermişəm? Bu necə olur, görünür ki şahidlər öyrədilib.

İmişli rayonunda sahibkarlıqla məşğul olan Malik Zeynalov deyib ki, 30 ildir ki, 15 hektar torpaq sahəsi var:

"Təsərrüfatla məşğulam. Torpağın 5 hektarı sənədsiz idi. Torpağın eskizi çəkilmişdi, amma sənədlərini almamışdım. Gəldim Vilyam Hacıyevin qəbuluna, o da göndərdi mühasibatlığa. O da sənədlərə görə 1000 manat istədi verdim. Pulu verəndən sonra sənədləri verdi".

İmişli Dəmir yolu stansiyasının rəisi işləmiş Fəyaz Xankişiyev rayonda həm də təsərrüfatla məşğul olub:

"Heyvanlarım ac idi, torpaq sahəsi istədim. İcra hakimiyyətinə müraciət etdim, dedilər mühasibatlığa müraciət et. Getdim mühasibatlığa, 1 paçka 100-lük, 10 min manat verdim, torpaq sahəsini ayırdılar. Heyvanın ac qalmaması üçün məcbur idim torpaq alım. 600 baş qoyunum var".

Hakim bildirib ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyət var. İbtidai istintaqa ifadəsində şahid bildirib ki, icra hakimiyyətinin hüquqşünası Ramil Zahidov ona deyib ki, Vilyam Hacıyev 10 min manat istəyir.

Fermer Elçin Bəylərov bildirib ki, rayonda heyvandarlıqda məşğul olur:

"Mənə torpaq lazım idi. Dedilər ki, torpaq müqaviləsi üçün icra hakimiyyətinə müraciət etdim. Hüquq şöbəsinin müdiri Raul Zahidov məni mühasibatlıq göndərdi. Mühasibatlıqdan dedilər ki, torpağın müqaviləsi üçün 3 min manat lazımdı. Mən də verdim. Vilyam Hacıyevi görməmişəm".

Sahibkar Pərviz Cəfərov isə deyib ki, Vilyam Hacıyevlə münasibəti olmayıb.

"Təsərrüfatla məşğul oluram. Şərikimlə birlikdə 120 hektar torpaq sahəsi icarəyə götürmək üçün müraciət etdik. Müraciətimiz müsbət qarşılandı, torpaq ayrıldı. Düzü mən heç kimə pul verməmişəm. Şəriki dedi ki bir az xərciniz çıxacaq. Mən də şərikimə 5 min manat verdim".

Rüfət Muradov icra hakimiyyətində işləyib.

Bildirib ki, icra hakimiyyətinə onu Vilyam Hacıyev işə götürüb:

"Məndən heç bir təmənna güdməyiblər. Sonra Dövlət İdarəçilik Akademiyasına göndərilib. Onda da pul verməmişəm".

Vilyam Hacıyevin vəkili bildirib ki, prosesdə şahidlər pulu Vilyam Hacıyevlə deyil, icra hakimiyyətinin mühasibinə verdiyini deyir. Ona görə də mühasib məhkəməyə çağırılsın.
Proses martın 28-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Paylaş:
432

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər