Saatlının içməli su təminatı yaxşılaşdırılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlının içməli su təminatı yaxşılaşdırılır - FOTO

S.Xankişiyeva14:11 - 19 / 03 / 2022
Saatlının içməli su təminatı yaxşılaşdırılır - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Novruz bayramı ərəfəsində Saatlı rayonunun Orta Muğan kəndində əks-osmos tipli sutəmizləyici qurğu istismara verilib.

“Azərsu”dan 1news.az-a verilən məlumata görə, Saatlı rayonunun əvvəllər Qarayevkənd adlanan Orta Muğan kəndinin içməli su təchizatı indiyədək modul tipli sutəmizləyici qurğu hesabına təmin olunub. 2010-cu ildə quraşdırılmış modul tipli sutəmizləyici qurğuda suvarma kanalının suyu təmizlənərək əhaliyə verilirdi. Qurğu uzun illər istifadə olunub və istismar müddətini başa vurub. Üstəlik, son illər suvarma kanallarında suyun azalması və bəzi hallarda quruması nəticəsində qurğunun istismarı mümkünsüz olub. Bu səbəbdən son illər yay aylarında kənd sakinlərinin içməli su təminatında ciddi problemlər yaranırdı.

Həmin dövrdə əhalinin içməli su təminatı uzaq məsafədən maşınlarla daşınan su hesabına ödənilirdi. Bütün bunlar nəzərə alınaraq kənddə yaranan su çatışmazlığının həlli məqsədilə yeni layihənin icrasına başlanılıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına həyata keçirilən layihə subartezian quyusunun qazılması və buradan çıxarılan codluğu yüksək olan suyun içməli su standartları səviyyəsində təmizlənməsini nəzərdə tutur. Bu məqsədlə ərazidə subartezian quyusu qazılaraq işlək vəziyyətə gətirilib.

Quyudan çıxan su 20 kubmetr tutumu olan xam su anbarında toplanır. Emala ötürülən su ABŞ istehsalı olan əsk-osmos tipli sutəmizləyici qurğuda əvvəlcə qum və kömür süzgəclərindən keçirilir. Emal zamanı su əks-osmos qurğusunun 0,001 mikronluq süzgəclərində bütün asılı maddələr, virus və bakteriyalardan təmizlənir. Təmizlənmiş su 20 kubmetr həcmli təmiz su anbarına toplanır.

Emaldan keçən su şəbəkəyə ötürülməzdən öncə zərərsizləşdirilir. Suyun keyfiyyətinə regional laboratoriyanın səyyar laboratoriyaları tərəfindən mütəmadi nəzarət olunur. Şəbəkəyə ötürülən su ümumi istifadə üçün quraşdırılmış 15 bulaq vasitəsilə sakinlərə çatdırılır. Yeni qurğu Saatlı rayonunun Orta Muğan kəndinin 3 minə yaxın sakinini keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin edir.

Paylaş:
507

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər