Bakı sakini döyülərək pulları əlindən alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakini döyülərək pulları əlindən alınıb

S.Xankişiyeva10:49 - 19 / 03 / 2022
Bakı sakini döyülərək pulları əlindən alınıb

Bakı sakini döyülərək pulları əlindən alınıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə martın 14-də saat 6 radələrində bir nəfərin Bakı şəhər sakini R.Əhmədxanovu döyərək 100 manatını və 300 ABŞ dollarını alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şahverənov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər