Bakıda kombi oğurlamaqda şübhəli bilinən şəxs axtarışa verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kombi oğurlamaqda şübhəli bilinən şəxs axtarışa verilib - FOTO

S.Xankişiyeva10:06 - 24 / 03 / 2022
Bakıda kombi oğurlamaqda şübhəli bilinən şəxs axtarışa verilib - FOTO

Bakının Nizami rayonunda yaşayış evlərindən birinin qarşısında kombini sökməyə cəhd edən naməlum şəxs axtarışa verilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

E.Hacıyev feysbuk sosial şəbəkəsindəki hesabında naməlum şəxsin videogörüntüsünü də paylaşıb.

“Təhlükəsizlik kamerasının faydası var. Kameralaşmaya etinasız yanaşmayaq. Paytaxtın Nizami rayonunda yaşayış evlərindən birinin qarşısında naməlum şəxs kombini sökməyə cəhd edir. Görür kamera var, uzaqlaşır. Hazırda həmin şəxsin axtarışları başlayıb. Onu tanıyan varsa, bizə məlumat verməyi xahiş edirik”, - DİN rəsmisi deyib.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər