Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb

S.Xankişiyeva11:15 - 24 / 03 / 2022
Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb

Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində ötən gün minaya düşən Vüqar Zülfüqarlının son durumu açıqlanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində o, sol pəncəsindən qəlpə yarası alıb və fəqərəsi sınıb.

V.Zülfüqarlı əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstərilib. Daha sonra Bakıdakı Klinik Tibbi Mərkəzə təxliyə olunub və Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının sağlıq durumu yaxşıdır.

Qeyd edək ki, martın 23-də Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə əlaqədar oxuyun:

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşüb - FOTO - YENİLƏNİB

Azərbaycan 15 ermənini verib 97 min mina xəritəsini aldı

Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib

ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər