İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 900-dən çox namizəd qeydiyyatdan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 900-dən çox namizəd qeydiyyatdan keçib

Qafar Ağayev16:04 - 25 / 03 / 2022
İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 900-dən çox namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən 1news.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 15:05-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 932 namizəd qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Paylaş:
334

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər