Xətaidə avtomobil təmiri sexində yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətaidə avtomobil təmiri sexində yanğın baş verib

Qafar Ağayev10:00 - 25 / 03 / 2022
Xətaidə avtomobil təmiri sexində yanğın baş verib

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 600 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən sahəsi 44 m² olan kimyəvi təmizləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər