Müdafiə Nazirliyi: Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır

Qafar Ağayev11:29 - 25 / 03 / 2022
Müdafiə Nazirliyi: Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bunu 1news.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

"Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir",- məlumatda qeyd edilir.

Paylaş:
383

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər