Bakıda evin zirzəmisində yanğın olub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evin zirzəmisində yanğın olub, ölən var

Qafar Ağayev17:12 - 26 / 03 / 2022
Bakıda evin zirzəmisində yanğın olub, ölən var

Bakıda evin zirzəmisində yanğın olub, ölən var.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan mansarda tipli üçmərtəbəli evin zirzəmisində 1 ədəd çarpayı yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
341

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər