Könül Nurullayeva: “30 il Azərbaycana qarşı işğal və terrora göz yumanlar qəza səbəbindən yaranan qaz problemilə bağlı canfəşanlıq edirlər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: “30 il Azərbaycana qarşı işğal və terrora göz yumanlar qəza səbəbindən yaranan qaz problemilə bağlı canfəşanlıq edirlər”

Qafar Ağayev17:00 - 25 / 03 / 2022
Könül Nurullayeva: “30 il Azərbaycana qarşı işğal və terrora göz yumanlar qəza səbəbindən yaranan qaz problemilə bağlı canfəşanlıq edirlər”

"Ermənistan və Qərbdəki bəzi erməni təəssübkeşləri Qarabağda qəza səbəbindən qazın verilməsinin dayandırılması ətrafında humanitar şou yaradırlar".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

"Halbuki qaz xəttində texnogen qəzalar normal haldır və dünyanın hər yerində rast gəlinən problemdir" - deyə, depuat əlavə edib:

"Bu gün Azərbaycanda qazlaşdırma 97-98 faiz olsa da, bəzi ucqar rayonlarda hələ də qaz təchizatı problemi mövcuddur. Çünki bəzi rayonlar dəniz səviyəsindən 1500+ yüksəklikdədirlər və qaz xətlərinin çəkilməsi olduqca ağır məsələdir. Xankəndi də dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir, orada da qaz təchizatı məsələsində problemlərin yaranması ilk hadisə deyil. Bu vaxta qədər də, ərazilər işğal altında olanda da Xankəndinin qaz təchizatında ciddi problemlər olub. Bu gün qaz xəttinin keçdiyi ərazidə Rusiya sülhməramlıları yerləşib. Həmin ərazilərin Ermənistana heç bir aidiyyəti yoxdur. Bununla belə, bu gün bəzi qərb dairələri məsələnin mahiyyətinə varmadan, erməni lobbisinin dezinformasiyalarına əsaslanaraq məsuliyyətsiz bəyanatlar verirlər. Ermənistan Azərbaycan əraziləri ilə bağlı açıqlamalarına, iddialarına son qoymalıdır".

K.Nurullayeva bildirib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi, Azərbaycan xalqı etnik təmizləməyə məruz qaldı, milli mədəni sərvətimiz məhv edildi, təbii ehtiyatlarımız talan olundu, ölkəmiz ekoloji terrora məruz qaldı, Avropa İttifaqı da daxil olmaqla Qərbin heç bir qurumu, ölkəsi işğalçının cəzalandırılması ilə bağlı təsirli addım atmadı.

"Ermənistan Naxçıvan MR-i blokadası nəticəsində muxtar respublika 15 il qazsız, elektrik enerjisiz qaldı, 300 min əhali qışın sərt soyuğu ilə sınağa çəkildi, amma Avropa İttifaqı və digər qurumlar problemi görməzdən gəldilər. Eyni zamanda ermınilər işğal dövründə Sərsəng su anbarında yayda suyu bağlamaqla, qışda isə açmaqla uzun illər ətraf əraziləri ekoloji terrora məruz qoydular. Hətta məsələ ilə bağlı AŞPA tərəfindən qətnamə qəbul edildi, lakin problemin həllinə dair heç bir təsirli addım atılmadı. Bu gün Xankəndidə ermənilərin qaz məsələsinin şişirdilməsi, Qərbin müəyyən dairələrinin ikili standartlarını, qrup maraqlarına xidmət etdiklərini, erməni təəssübkeşliyini və Avropa dəyərlərinə tamamilə zidd davranış göstərdiklərini aydın nümayiş etdirir".

Paylaş:
248

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər