SABAH tələbələri “Sağlam təhsil sinifləri”ndə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

SABAH tələbələri “Sağlam təhsil sinifləri”ndə - FOTO

12:29 - 15 / 03 / 2022
SABAH tələbələri “Sağlam təhsil sinifləri”ndə - FOTO

SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan III və IV kurs tələbələri üçün təcrübə proqramı təşkil olunub.

1news.az xəbər verir ki, tələbələrə təcrübə müddətində “Sağlam təhsil” siniflərinin müəllimləri, həmçinin metodist, pedaqoq və psixoloqları davamlı dəstək göstərib. Tələbələrin təcrübə dövrünə hazırlığı məqsədilə əvvəlcədən onlar üçün sağlam təhsil texnologiyaları, sinif gigiyenası və digər mövzularda 10 saatdan çox online təlimlər keçirilib. Eyni zamanda, tələbələr təcrübə dövründə öncədən müəyyən olunmuş mövzular üzrə tədqiqat işləri üzərində çalışıblar.

Təcrübə proqramının yekununda tələbələrin planlaşdırdıqları açıq dərs izlənilib və onlar əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə təqdimat ediblər. Tələbələr davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, aktivlik və digər meyarlar üzrə ibtidai sinif rəhbəri, metodist, psixoloq tərəfindən qiymətləndiriliblər.

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.

1news.az

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər