“Azəriqaz” Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodun qaz təchizatını bərpa edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz” Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodun qaz təchizatını bərpa edib - FOTO

S.Xankişiyeva17:06 - 29 / 03 / 2022
“Azəriqaz” Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodun qaz təchizatını bərpa edib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Şirvan şəhərində "Açıq mikrofon" aksiyası keçirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qurumdan bildirilib.

Məlumata görə, tədbirdə çıxış edən "Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev də daxil olmaqla İstehsalat Birliyinin məsul şəxsləri, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.

"Azəriqaz"ın Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşları aksiyanın imkanlarından maksimum şəkildə istifadə etməyə, qaz təsərrüfatına dair yaranan bütün suallara yerindəcə cavab tapmağa çağırıb.

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika zavodu" MMC-nin əməkdaşı Fərzulla İbrahimov debitor borc səbəbindən zavodun təbii qaz təchizatının dayandırıldığını bildirərək, müəyyən ödənişlər olunmaqla qazın verilməsini xahiş edib. Məsələ ilə bağlı dərhal İstehsalat Birliyinin rəhbərliyinə məlumat verilib. Rəhbərliyin tapşırığı ilə daxil olan müraciət yerindəcə həllini tapıb, zavodun qaz təchizatında yaranan fasilə aradan qaldırılıb. Digər çıxış edən vətəndaşlar qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirib, təşkil olunan aksiyaya görə "Azəriqaz"ın rəhbərliyinə təşəkkür ediblər.

Bu gün təşkil olunan aksiya sayca ümumilikdə 49-cu, sakinlərlə isə 25-ci görüşdür.

Paylaş:
395

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər