Azərbaycanda məktəbli geyimləri niyə dəyişdirilir? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
"Hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Ona görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər".
Bu fikirləri təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə əlavə edib ki, yeni forma qəbul edilsə belə köhnə formalar sıradan çıxana qədər geyinilə bilər.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Azərbaycanda məktəbli geyimləri niyə dəyişdirilir? Vahid məktəbli formaları ilə bağlı yeni qərar cəmiyyət tərəfindən necə qarşılanacaq?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – təhsil eksperti Kamran Əsədov, Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayev, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Bakı Oksford Məktəbinin kimya müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə və sosioloq, jurnalist Lalə Mehralı müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: