Bu tarixdən başlayaraq Kürdə suyun artacağı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tarixdən başlayaraq Kürdə suyun artacağı gözlənilir

11:17 - 29 / 03 / 2022
Bu tarixdən başlayaraq Kürdə suyun artacağı gözlənilir

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda sululuq artıb. Bu da Kür çayında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.

1news.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

"Aprel ayından başlayaraq havanın temperaturunun artması və qarın əriməsi, yağan yağışlarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir", - o deyib.

A.Verdiyevin sözlərinə görə, hazırda qar ölçmə işləri, aprel, may, iyun ayında gözlənilən hava şəraitinin təhlilləri yekunlaşmaq üzrədir:

"Aprelin əvvəlində çaylarda gursululuq proqnozu hazır olacaq",- mərkəz direktoru deyib.

1news.az

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər