Azərbaycanda son sutkada 4 nəfər koronavirusdan ölüb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 4 nəfər koronavirusdan ölüb - STATİSTİKA

Qafar Ağayev16:49 - 30 / 03 / 2022
Azərbaycanda son sutkada 4 nəfər koronavirusdan ölüb - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib, aktiv xəstə sayı 320 nəfərdir.

Son sutkda ölkədə 5 122, hazırkı dövrədək isə 6 697 184 test aparılıb.

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər