Hərbi Hava Qüvvələrində təlimlər keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib - VİDEO

Qafar Ağayev17:46 - 30 / 03 / 2022
Hərbi Hava Qüvvələrində təlimlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

1news.az xəbər verir ki, təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.
Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər