Daşınmaz əmlakın icbari sığortası nə üçün sərfəlidir? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
Gözlənilməz hadisələrin əmlaka vurduğu zərər zamanı isə bir çox insanlar evsiz qala, qazanc mənbəyi olan əmlakını itirə bilər.
Bu itki və zərər sadəcə maddi olmaqla qalmayaraq, itkiyə məruz qalmış vətəndaşın yaranan problemlərin mənfi təsiri ilə mənəvi və psixoloji sarsıntı yaşamasına da səbəb olur. Belə günlərdə rasional düşünə bilməmək, maddi yardım mənbəyi tapmaqda çətinlik çəkmək vətəndaşların evsiz və ya işsiz qalmasına və bununla da qısa müddətdə uzun illər qurduqlarını itirmələrinə gətirib çıxarır. Bu tip hadisələr baş verdikdə vətəndaşların tək ümid yeri dövlət olur.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Daşınmaz əmlakın icbari sığortası nə üçün sərfəlidir?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov, sığorta üzrə ekspert Emil Ağabağırov, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov və Biznes Koçu, NAT Master Trainer Babək Bayramov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: