Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsində iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsində iştirak edəcək

16:04 - 01 / 04 / 2022
Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsində iştirak edəcək

Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesində iştirak etməyi planlaşdırır.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Kamboca Milli Minatəmizləmə Agentliyinin direktoru Somati Prak jurnalistlərə açıqlamasında bildirib.

O, rəhbərlik etdiyi təşkilatın Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə Cənubi Qafqazda fəaliyyət çalışmaqda maraqlı olduğunu deyib: “Bizim əsas fəaliyyətimiz Kambocanın minalardan təmizlənməsidir. Biz Kamboca hökumətinin bu sahədə mərkəzi icra qurumuyuq. Bu mərkəz 1993-cü ildə BMT-nin iştirakı ilə yaradılıb. Mərkəz olaraq indiyədək Kambocada 4 min hektar ərazidə 4,6 milyon minanı təmizləmişik. Bu təmizləmə fəaliyyətimizi biz beynəlxalq əməkdaşlıq vasitəsilə ilə də təşviq edirik. Topladığımız təcrübəni minadan zərər çəkmiş digər ölkələrlə paylaşırıq. Bu sahədə biz Anqola, Mozambik kimi ölkələrə yardım göstəririk. Bu ölkələrlə təcrübə mübadiləsi həyata keçirilir və təlimlər təşkil edilir”.

Somaci Krak minatəmizləmə sahəsində Kambocanın öz təcrübəsini Azərbaycanla da bölüşməyə hazır olduğunu vurğulayıb.

“Cənubi Qafqaz proqramı üçün biz Azərbaycana da yardım etməyi planlaşdırırıq. Biz Cənubi Qafqaz minatəmizləmə proqramında iştirakda çox maraqlıyıq, əldə etdiyimiz təcrübənin mübadiləsinə böyük önəm veririk. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi vasitəsilə aramızda bu əməkdaşlığın həyata keçirilməsi yollarını müzakirə edəcəyik”, - direktor qeyd edib.

1news.az

Paylaş:
251

Son xəbərlər

Bütün xəbərlər