Bakıda binanın eyvanından düşən gənc qızın intihara cəhd etdiyi məlum olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda binanın eyvanından düşən gənc qızın intihara cəhd etdiyi məlum olub – FOTO

S.Xankişiyeva14:43 - 01 / 04 / 2022
Bakıda binanın eyvanından düşən gənc qızın intihara cəhd etdiyi məlum olub – FOTO

Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qızın intihara cəhd etdiyi məlum olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, qız həmin binada anası ilə birgə kirayədə qalır.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, Asif Məhərrəmov küçəsində hündürlükdən yıxılma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 13:39 da daxil olub: "Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Kliniki Tibbi Mərkəzə aparılıb".

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər