COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:41 - 01 / 04 / 2022
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 879 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 240, üç və daha çox doza vaksin vurduranların sayı 10 115, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 615 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 469 201, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 325 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 825 873, üç və daha çox doza vaksin vurduranların sayı 3 088 723, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 229 310 təşkil edir.


Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər