Əsaslı şəkildə təmir olunan Bəsti Bağırova küçəsində asfalt yenidən qazıldı - FOTO
Bir aydan çox bir vaxt müddətdə Yasamal rayonu Bəsti Bağırova küçəsi müasir şəhərsalma qaydalarına uyğun əsaslı şəkildə təmir edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi(BNA) və Azərbaycan Avtomobil Yolları Dövlət Agenliyi (AAYDA) tərəfindən məlumat verildi.
1news.az xəbər verir ki, Müasir standartlara uyğun təhvil verilən küçə küçə sakinləri və küçədən istifadə edənlər tərəfindən çox bəyənildi. Küçədə piyadaların təhlükəsiz hərəkəti üçün geniş səkilər və avtomobillərin parkinqi üçün yerlər istifadə verildi. Hətta AAYDA-nın məlumatında qeyd olundu ki, bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, küçə boyu yeni yağış barmaqlıqları, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq yeni baxış qapaqları qoyulub.
Hazırda isə Bəsti Bağırova küçəsinə paralel Məhəmməd Naxçıvani küçəsində, həmçinin Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələri ilə kəsişən Giləzi Murtuza Muxtarov, Cabbar Qaryağdıoğlu, Mirzə Fətəli Axundov və Mustafa Sübhi küçələrində təmir işləri aparılır.
AAYDA-nın rəsmi saytına yer alan "Bəsti Bağırova küçəsi müasir şəhərsalma qaydalarına uyğun təmir edilib" adlı press-relizin fotoları və videosunu təqdim edirik
Bura qədər hərşey yaxşıdır, ofimiz bu küçədə yerləşdiyindən hər gün küçədən istifadə edirik. Bir neçə gündür küçədə maraqlı və tragikomik vəziyyətlə qarşılaşdıq. Belə ki, AAYDA tərəfindən müasir standartlara uyğun olaraq təmir olunan bu küçənin yenidən qazıldığını gördük. Sən demə küçə asfalt olunan zaman küçədə kanalizasiya qapaqları udularaq asfaltın altında qalıb. Buna başqa ad vermək olmaz, yəni bir qurum asfaltladığı yolu nəyə görə yenidən qazsın?
Ola bilər ki, AAYDA bu addımlarına haqq qazandırmaq üçün prosesin belə olduğunu desin, ancaq əgər proses davam edirdisə, qurum öz saytında niyə küçədə təmir işlərinin başa çatdığını
1news.az-ın fotoqrafı küçədə bu qazıntıların görüntülərini çəkib. Həmin fotoları təqdim edirik: