Vüqar Rəhimzadə: Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi

S.Xankişiyeva17:52 - 01 / 04 / 2022
Vüqar Rəhimzadə: Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi

“Azərbaycanın inkişaf modelinin dünyada təqdir edilməsini şərtləndirən amillər sırasında zamanın tələblərinə uyğun müəyyənləşdirilən hədəflər xüsusi yer tutur.

Müstəqil Azərbaycanın son illər ictimai-siyasi həyatın bütün sahələrində əldə etdiyi uğurlar konkret məqsədlərə yönəlmiş təkmil iqtisadi siyasətin nəticəsidir. Fərəhləndirici haldır ki, digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində aparılan islahatlar da öz müsbət nəticəsini verir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması da deyilənlərin təsdiqidir. Artıq bir ildən artıqdır ki, tarixi Zəfərimiz dünyaya səs salıb və müharibə təcrübəmiz dünyanın inkişaf etmiş ölkələrində belə öyrənilir. Tarixi Zəfərimizə gedən yolu diqqətlə təhlil edərkən bu qənaətə gəlirik ki, 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Ordusunun göstərdiyi şücaət şanlı Zəfərimizin sevincini yaşayacağımıza zəmin yaratdı.

Ordumuzda vətənpərvərlik ruhu yüksək olduğu kimi, hərbi hazırlıq məsələləri də daim diqqətdə saxlanılır. Bu gün müasir tələblərə uyğun ordu formalaşdırmaq üçün NATO ilə əməkdaşlığı gücləndirən Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan islahatlar dünya təcrübəsindən yararlanmaqla davam etdirilir. Ordunun modernləşməsi, hərbi hissələrin ən müasir silahlarla təchiz olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, əsgər və zabitlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Diqqətəlayiq faktdır ki, bu gün Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanın dünyanın mötəbər beynəlxalq müdafiə sənayesi sərgilərində, ölkəmizdə keçirilən hərbi paradlarda öz məhsullarını nümayiş etdirməsi hərbi potensialımızın təqdimatı kimi dəyərləndirilir. Məhz buna görə də hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə, yenilməz siyasi iradəsinə arxalandı, ordusunun qüdrətinə, öz gücünə güvəndi.”

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi: “Aprel döyüşləri ordumuzun gücünün, xalqla ordunun birliyinin, gənclərimizin vətənpərvərliyinin göstəricisi kimi tarixə düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu döyüşlərin gedişində Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalandı. Bu döyüşlər göstərdi ki, başqalarının dəstəyi və himayəsi ilə “məğlubedilməz ölkə”, “qüdrətli ordu” mifini yaradan işğalçı Ermənistan Azərbaycanın qüdrətli ordusu qarşısında acizdir. Bu döyüşlər, eyni zamanda, göstərdi ki, hər cür maddi imkanlara, hərbi qüdrətə malik Azərbaycan ərazi bütövlüyümüzün bərpasına tam hazırdır. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalaraq geri çəkildilər. Düşmənin çoxlu sayda zirehli texnikası, artilleriya qurğuları sıradan çıxarıldı.”

“2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı düşmənə sarsıdıcı zərbə olmaqla bir həqiqəti də dünya ictimaiyyətinə xatırlatdı ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu əməliyyatlar Zəfər müjdəmiz kimi dəyərləndirildi. Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalq əmin idi ki, gün gələcək üçrəngli bayrağımız işğaldan azad olunan bütün torpaqlarımızda dalğalanaraq qalibiyyət rəmzi kimi düşmənə göz dağı olacaq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında Lələtəpə əməliyyatını qəhrəmanlıq rəmzimiz kimi dəyərləndirir. Dövlət başçısının “Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır” bəyanatının reallıqda təsdiqi 44 günlük İkinci Qarabağ müharibəsi oldu. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması artıq dövlətimizin, xalqımızın səbr kasasını daşdırdı.”

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla nəyi nə zaman etməyi bildiyini bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi: “Bir addım belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu - Torpaqlarımızdan rədd olub getmək. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə müqəddəs savaşın başlandığı sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və bu əminlik gerçəkliyə çevrildi. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi. Bu gün xalqımız tarixi Zəfərimizin sevincini yaşamaqla yanaşı, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa hazırlıq görür. Cocuq Mərcanlı bu qayıdışın başlanğıcı idi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində bu qayıdış əbədidir.”

Paylaş:
293

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər