Dünya ictimaiyyəti və 31 Mart soyqırımı həqiqətləri - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir.
Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarından bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan qələbə bu formulu bir daha təsdiq etdi.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "31 mart soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsas hədəflərimiz nə olmalıdır?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi elmlər doktoru, rofessor Elçin Əhmədov, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, professor Əfqan Vəliyev, hüquq üzrə fəlsəfə doktoru, hüquqşünas Əlövsət Allahverdiyev, BDU-nun Milli Mətbuat Tarixi kafedrasının müəllimi, tədqiqatçı Samir Xalidoğlu və jurnalist, "Yeni Müsavat" qəzetinin parlament müxbiri Elşad Paşasoy mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: