“TURKOVAC”ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“TURKOVAC”ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

S.Xankişiyeva11:32 - 01 / 04 / 2022
“TURKOVAC”ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

“Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Bakı Sağlamlıq Mərkəzindən bildirilib. Qeyd edilib ki, bu sınaqlar uzunmüddətli olacaq:

"Sınaqlar 15 ay ərzində davam edəcək. Hazırda bu vaksini vurdurmaq üçün könüllü müraciət edən yoxdur”.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər