Xızı sakinindən “Kalaşnikov” götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızı sakinindən “Kalaşnikov” götürülüb

Qafar Ağayev11:47 - 01 / 04 / 2022
Xızı sakinindən “Kalaşnikov” götürülüb

Xızı sakinindən avtomat və ona aid sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
313

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər