Bu gün 40 nəfər koronavirusa yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 40 nəfər koronavirusa yoluxub – STATİSTİKA

S.Xankişiyeva16:31 - 02 / 04 / 2022
Bu gün 40 nəfər koronavirusa yoluxub – STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 984 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib. 348 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 297, bu günə qədər isə ümumilikdə 6 710 309 test icra olunub.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər