Ərzaq təhlükəsizliyi və ictimai nəzarət - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərzaq təhlükəsizliyi və ictimai nəzarət - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva10:08 - 02 / 04 / 2022
Ərzaq təhlükəsizliyi və ictimai nəzarət - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin əsas prioritetidir. Hazırda ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır və əmək ehtiyatlarının 35-40 faizi kənd təsərrüfatı ilə məşğuldur. Torpağın aqrokimyəvi tərkibini bilmək hər bir fermer üçün vacib amildir.

Bu analizin aparılması və onun əsasında torpağa edilən qulluq nəticəsində bol məhsulun əsasını qoymaq mümkündür. Yüksək məhsuldarlıq isə fermer üçün əlavə qazanc deməkdir. Bundan başqa, torpağın gübrə tələbatını düzgün müəyyən etməklə, fermer aqrokimyəvi qulluq xərclərini azaldır və torpaqların məhsuldarlığını artırmış olur.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Ərzaq təhlükəsizliyi və ictimai nəzarət" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev, İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin üzvü Rauf İsmayılov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, "Özbahçeçi" grupun təsisçisi Turan Özbahceçi və Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər