Bu gün nazirliyin qarşısında sosial yardım tələb edən qadınla bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün nazirliyin qarşısında sosial yardım tələb edən qadınla bağlı AÇIQLAMA

Qafar Ağayev15:56 - 04 / 04 / 2022
Bu gün nazirliyin qarşısında sosial yardım tələb edən qadınla bağlı AÇIQLAMA

"Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gələrək ailəsinə ünvanlı sosial yardım tələb edən Salamova Samirə Rafiq qızının ailəsi əslində ardıcıl olaraq sosial ödənişlərlə təmin olunur".

1news.az xəbər verir ki, bu barədə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

O, qeyd edib ki, həyat yoldaşı vəfat etmiş, 4 uşağı olan S.Salamova Masallı rayon sakinidir və hazırda Bakının Nəsimi rayonunda kirayədə yaşayır.

"Onun ailəsinə ailə başçısını itirməyə görə müavinət (400 manat) və sağlamlıq imkanları məhdud bir uşağına görə müavinət (200 manat), təqaüd (80 manat) olmaqla ümumilikdə 680 manat aylıq ödəniş edilir.

Həmçinin S.Salamovanın ailəsinə əvvəllər ardıcıl olaraq sosial yardımlar verilib. Sonuncu dəfə isə keçən ilin mart ayında ünvanlı sosial yardım təyin edilib.

Ötən ay yardımın verilmə müddəti bitdiyi üçün o, növbəti dəfə yardım almaq üçün e-qaydada müraciət edib. Müraciətdən sonra onun ailəsinin maddi-məişət şəraitinin müayinəsi aparılıb.

Montorinqin nəticəsinə əsasən S.Salamovanın ünvanlı yardım hüququnun olub-olmadığına dair qərar veriləcək".

Paylaş:
262

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər