Vüqar Rəhimzadə: Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var

S.Xankişiyeva17:11 - 04 / 04 / 2022
Vüqar Rəhimzadə: Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var

İki ilə yaxındır ki, torpaqlarımızın özünün əzəli və əbədi sahibinə qovuşmasının, ərazi bütövlüyümüzün təmin edilməsinin sevincini yaşamaqla yanaşı, tarixi Zəfərimizin yaratdığı reallıqların dünya ictimaiyyəti tərəfindən təsdiqi və qəbulu istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır.

Bu gün dünya gücləri postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsi ilə bağlı dəstəklərini göstərməyə hazır olduqlarını bildirir, onların təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri təşkil edilir, 10 noyabr 2020-ci il Bəyanatında əksini tapan müddəaların yerinə yetirilməsinin vacibliyi vurğulanır. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri deyilənlərin təsdiqidir. O da məlumdur ki, bugünlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü keçiriləcək.

Göründüyü kimi, atılan hər bir addım sülh təklifinin reallığa çevrilməsinə, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, ən əsası 30 il göz yumulan həqiqətlərin hamı tərəfindən qəbuluna xidmət edir. Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 gündə imza atdığımız tarixi Zəfər bundan sonrakı hədəflərimizə işıq salaraq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişafı naminə mühüm tədbirlərin görülməsinə, bu torpaqların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə çağırışlar edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri, 2021-ci ildə gerçəkləşdirdikləri 32 səfər də bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Bu səfərlərin 7-si Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, musiqi beşiyimiz Şuşa şəhərinə edilib. Tarixi Zəfərimizdən sonra ilk Novruz tonqalı da məhz Şuşada, Cıdır düzündə alovlandırıldı. Bu reallıqlar işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri 30 ildə bilərəkdən, maraqlarına uyğun olaraq qəbul etmədikləri həqiqətlərə ədalət gözü ilə baxmağa məcbur etdi. 28 ildə Şuşanı erməniləşdirməyə çalışan mənfur düşmən bunun mümkünsüzlüyünün şahidinə çevrildi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında müzakirələr, təhlillər aparılır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bir çoxları, xüsusilə bu tarixi şəhərin öz sahiblərinə qovuşmasından sonra Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız, Qarabağın tacı Şuşanı işğalçılardan azad ediblər.

“Şuşanın gələcəkdə daha füsunkar olacağına əminlik üçün son ilyarımda burada aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, artıq mədəniyyət beşiyimizin əvvəlki şöhrəti özünə qaytarılır: “Öncə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Sənəddə də qeyd olunduğu kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Artıq işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Şuşamızın işğal tarixini deyil, sahibinə qovuşduğu günləri qeyd edərək hər daşı, qayası tarix olan bu torpaqlarımızın bərpasının tezliklə başa çatdırılması, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa şəhərinə təyin edildi. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq.»

Vüqar Rəhimzadə qeyd edib ki, ötən ilin mayında “Xarıbülbül” musiqi festivalının, avqust ayında isə Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi: “Şuşa iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik etdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa şəhəri diplomatik mərkəz rolunda çıxış edir. Belə ki, Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı martın 18-də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edildi. Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin postmünaqişə dövrünün reallıqlarını qəbul edərək, belə bir tədbirin Qarabağın tacı Şuşada keçirilməsində maraqlı olması həmin qurumun Təhlükəsizlik Şurasının bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin reallıqlara söykəndiyini bir daha təsdiq etməklə Ermənistanın reallıqlarla barışıb sülh müqaviləsini imzalamasına bir çağırışdır.”

YAP Xətai rayon təşkilatının sədri bu mühüm tədbirin ardınca martın 31-də Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin də böyük siyasi və mənəvi əhəmiyyəti olduğunu bildirib: “Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. Dövlət başçısı İlham Əliyevin həqiqət anı kimi dəyərləndirdiyi 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin təbliği və təqdimatı oldu. Ölkə Prezidentinin çağırışlarının əsasında bu mühüm məqam daim xüsusi yer alır ki, birliyimizdən çox şey asılıdır. Hər zaman Türk dünyasının birliyinə, həmrəyliyinə səy göstərən Azərbaycanın bu ümdə vəzifənin reallaşmasına töhfələri göz önündədir və təqdir edilir. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi də bu birliyin, həmrəyliyin təcəssümü, eyni zamanda, işğalçı Ermənistana, ona 30 ildən yaxın dövrdə və hazırkı postmünaqişə mərhələsində havadarlıq edən dövlətlərə ciddi mesajdır. Bir daha sübut olundu Şuşa nəinki Azərbaycanın, bütün Türk dünyasının mədəniyyət paytaxtıdır.”

Paylaş:
308

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər