LU-MUN Holding uşaq evlərində yaşayan uşaq və gənclər üçün proqram hazırlayıb – FOTO – VİDEO
LU-MUN Holding MMC-nin Korporativ Sosial Məsuliyyət strategiyası diqqətlə düşünülərək təhsil, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsi sahələrində uzunmüddətli layihələrin həyata keçirilməsinə yönəlmişdir.
Artıq üç ildir ki, valideyn himayəsindən məhrum uşaqlar üçün təhsil və inkişaf üçün bərabər imkanların yaradılması, regionlarda yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması, peşə təhsilinin təbliğ edilməsi, arıçılıq ənənələrinin davam etdirilməsi ilə biomüxtəlifliyin qorunması, Xəzər dənizinin ekosisteminin qorunması və bir çox başqa istiqamətlərdə fəaliyyətimizi davam etdirməkdəyik.
Bizim üçün ən vacib istiqamətlərdən biri valideyn himayəsindən məhrum uşaqlar üçün bərabər imkanların yaradılması və onların sərbəst həyata hazırlanmasıdır. Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyin necə olacağına isə biz təsir edə bilərik. LU-MUN Holding MMC hesab edir ki, cəmiyyətin ahəngdar və balanslı inkişafı üçün sosial və maddi vəziyyətindən asılı olmayaraq hər bir azyaşlının keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışının olması zəruridir. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün bərabər imkanların yaradılması məqsədilə LU-MUN Holdinq uşaq evlərində yaşayan uşaq və gənclər üçün proqram yaratdıq.
Müxtəlif sahələrdən dəstəkçilərimizin bir araya gəlməsi və birgə səylər nəticəsində Bakı və ölkənin digər bölgələrindən 300-dən çox uşaq layihəmizdən faydalanır. Tədris proqramına riyaziyyat və xarici dillər kimi klassik fənlər, o cümlədən emosional zəka, sosial və həyat bacarıqları, proqramlaşdırma, kodlaşdırma, maliyyə savadlılığı, ünsiyyət bacarıqları və psixi sağlamlıq kimi getdikcə yeniləşən və müasir dünyamızda tələb olunan bacarıq və bilikləri ehtiva edən maarifləndirici seminarlar, dərslər və fəaliyyətlər daxildir. Dərslər interaktiv formada keçirilir və şagirdlərin əldə etdikləri bilikləri təcrübədə tətbiq etmələri üçün şərait yaradılır. Bu, proqramı əhəmiyyətli dərəcədə gücləndirir və uşaqları sığınacaqdan kənarda yetkin və müstəqil həyata hazırlayır. Belə ki, partnyorlarımızla birgə təşkil etdiyimiz ödənişli təcrübə imkanlarından yeddi gənc yararlanmışdır. Təcrübə proqramını bitirən iştirakçılardan 7 nəfəri isə işlə təmin edilmişdir.
Biz, həssas uşaqları sevgi və qayğı ilə əhatə etməyin, onlara həyatda irəliləmək üçün inam və əzm aşılamaq məqsədilə həm maddi, həm də emosional dəstək göstərməyin müalicəvi təsirinə inanırıq. İnanırıq ki, kiçik bir xeyirxahlıq bu uşaqlar üçün ömürlük sərmayəyə çevriləcək. Biz inanırıq ki, hər bir uşağın öz potensialını və arzularını həyata keçirmək imkanı olmalıdır. Biz, uşaqlara davamlı nəticəsi olmayan birdəfəlik dəstək tədbirləri göstərmək deyil, onların həyatında nəzərəçarpacaq dəyişiklik yarada bilən uzunmüddətli və dayanıqlı dəstək sistemi qurmaq istəyirik. Biz bunu xeyriyyə aksiyası kimi deyil, ortaq gələcəyimizə sərmayə kimi görürük.
Bu təşəbbüsə qoşulmaqla yaşadığı sosial mühitdən, maddi durumundan asılı olmayaraq daha çox uşağın keyfiyyətli təhsil almasına asanlıqla yardım edə bilərsiniz. Yeniliklərdən xəbər tutmaq, KSM strategiyası çərçivəsində əməkdaşlıq etmək və ya Holdinqin sosial layihələrində iştirak etmək istəyirsinizsə, http://csr.lmh.az/ saytından ətraflı məlumat əldə edə və ya [email protected] elektron poçt ünvanı vasitəsilə şirkətlə əlaqə saxlaya bilərsiniz. Holdinqin fəaliyyəti haqqında daha ətraflı məlumatı şirkətin rəsmi saytında - http://www.lmh.az/ əldə etmək olar.
Reklam hüququnda