Şirvanda saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlandı

Qafar Ağayev10:43 - 04 / 04 / 2022
Şirvanda saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlandı

Polis əməliyyat keçirdi - saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, eləcə də 81 ədəd saxta 100 dollarlıq və 15 ədəd saxta 100 manatlıq əskinaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər