Xətai prosektində binada baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai prosektində binada baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Qafar Ağayev13:13 - 04 / 04 / 2022
Xətai prosektində binada baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Mənzil yanğından mühafizə olunub.

**

12:05

Xətai Prospektində yaşayış binasında yanğın başlayıb.

1new.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər