COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:51 - 05 / 04 / 2022
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 054 vaksin vurulub.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1259, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 654-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 503 634, birinci doza peyvəndlərin ümumi sayı 5 328 019, ikinci doza vaksinlərin sayı 4 829 162 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 115 333, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 231 120 olub.

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər