Bakıda həbsdə olan ərinə telefon keçirmək istəyən şəxs saxlanılıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xidmətdən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.2; 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilən Rahib Zahid oğlu Babayevlə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Ağdaş rayon sakini Nərmin Xələddin qızı Babayevanın şəxsi əşyalarına və üzərinə baxış keçirilən zaman pul kisəsinin içərisində gizlədilən daxilində danışıq kartları olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkalanıb.
306