AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Qafar Ağayev17:29 - 05 / 04 / 2022
AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

5 aprel tarixində AZAL prezidenti Cahangir Əsgərovun və İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib.

"Azərbaycan Hava Yolları"-nın mətbuat xidmətindən 1news.az-a bildirilib ki, tərəflər ölkələr arasında, o cümlədən mülki aviasiya və turizm sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.

«“COVİD-19” ilə bağlı bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar yerinə yetirir», - deyə Cahangir Əsgərov bildirib.

Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib.

Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.

İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, reyslərin sayının artması Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da möhkəmlənməsinə, həmçinin turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələr arasında aviadaşımaların əvvəlki həcminin bərpasında hər iki tərəf maraqlıdır.

Görüşün sonunda mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib.

Paylaş:
452

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər