DSX İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib – FOTO

S.Xankişiyeva09:08 - 05 / 04 / 2022
DSX İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib – FOTO

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin və 957 ədəd dərman preparatının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, mart ayının 31-də saat 22:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitəyə (5 kq 200 qram “marixuana”, 4 kq 200 qram “tiryək”, 1 kq 100 qram “heroin”) bənzər maddələr və 2000 ədəd psixotrop tərkibli Metadon M40 dərman preparatı aşkarlanaraq götürülmüşdür.

Aprel ayının 2-də saat 23:17 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 naməlum şəxsin əraziyə yaxınlaşması sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ¬lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılmışdır. Saxlanılan şəxsin 1997-ci il təvəllüdlü Ağsu rayonu Qaraqaşlı kənd sakini Quliyev Nicat Vahid oğlu olması müəyyənləşdirilmişdir. Onun üzərindəki bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 20 kiloqram 325 qram narkotik vasitəyə (14 kq 460 qram “marixuana”, 450 qram “metamfetamin”, 510 qram “heroin”, 4 kq 905 qram “tiryək”) bənzər maddələr, 957 ədəd və 10 qram ovulmuş şəkildə dərman preparatı aşkar olunaraq götürülmüşdür.

Aprel ayının 3-də saat 12:22 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində Araz çayı boyu ərazidə aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı çəkisi 3 kq 545 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə, 200 ədəd psixotrop tərkibli Metadon M40 dərman preparatı və 400 ədəd üzərində B2 nişanəsi olan psixotrop tərkibli həb aşkarlanaraq götürülmüşdür.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
330

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər