Deputat Bakı-Quba yolunun vəziyyətindən danışdı: “İnsanların necə əziyyət çəkdiyini görmürlər?”
"Bakı-Quba yolu ilə getmək mümkün deyil. İnsanlar bundan imtina edirlər"
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
"Yeni çəkilən pullu yol, həmin yolu əvəz etmir. Onun yalnız müəyyən hissəsini əvəz edir, həmin yol birbaşa Xaçmaza, oradan da SDK-ya gedir. Bu tribunadan baş nazirə bir daha müraciət edirəm ki, Quba yolunun çəkilməsi üçün məsələni həll etsin".
Deputat deyib ki, Qubada, Qusarda, Xaçmazda bir çox məmurların villaları var. “Baş nazir, baş nazirin müavinlərinin, nazirlərin Qubada, Qusarda, Xaçmazda villaları var. Tez-tez istirahətə gedirlər, həmin yolun vəziyyətini görmürlər? Görmürlər ki, insanlar necə əziyyət çəkir?
V.Əhmədov deyib ki, Quba, Qusar, Xaçmaz önəmli turizm mərkəzidir. "Həmin yolla bir dəfə gedən ikinci dəfə getməz".