Bakıda kişi arvadını güllələyib, sonra özünü öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişi arvadını güllələyib, sonra özünü öldürüb

13:45 - 06 / 04 / 2022
Bakıda kişi arvadını güllələyib, sonra özünü öldürüb

Bakıda qətl törədilib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu rayonu ərazində Rasim Xəlilov arvadı Misri Xəlilovanı özünə məxsus qanuni ov tüfəngi ilə güllələyərək öldürüb, sonra özünü güllə ilə vuraraq intihar edib.

Məlumatda qeyd olunub ki, ailədə indiyə qədər münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər