Qida zəhərlənməsi şübhəsi ilə Bakıda xəstəxanaya gətirilən azyaşlılardan biri ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida zəhərlənməsi şübhəsi ilə Bakıda xəstəxanaya gətirilən azyaşlılardan biri ölüb

Qafar Ağayev14:58 - 06 / 04 / 2022
Qida zəhərlənməsi şübhəsi ilə Bakıda xəstəxanaya gətirilən azyaşlılardan biri ölüb

Qida zəhərlənməsi şübhəsi ilə Bakıdakı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzin Mətbuat xidmətindən 1news.az-a verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

Qeyd olunub ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib: "Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır. Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər".

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər