“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi - FOTO

Qafar Ağayev17:41 - 06 / 04 / 2022
“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxtın Suraxanı rayonunda optik xidmətlərinin əhatə dairəsini genişləndirib.

Sözügedən rayonun Dədə Qorqud massivində 1600 istifadəçi tutumlu yeni optik şəbəkə qurulub. İndiyədək mis xətlər üzərindən xidmət alan 600 nömrə həmin genişzolaqlı şəbəkəyə keçirilib, eyni zamanda 300 yeni abunəçinin optik xidmətlərdən istifadəsi təmin olunub. Beləliklə, Dədə Qorqud massivində hazırda 900 mənzilə müasir standartlara cavab verən telefon və sürətli internet xidmətləri təqdim edilir.

“Baktelecom”un mütəxəssisləri tərəfindən Dədə Qorqud massivi üzrə layihə müddətində 100 kilometr uzunluğunda fiber-optik xətlər çəkilib, telekommunikasiya şəbəkəsi GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulub. Texnologiyanın üstünlüklərindən yararlanaraq sakinlərə 100 Mbit/s qoşulma sürəti və bir optik xətt üzərindən bir neçə rabitə xidmətindən istifadə imkanı yaradılıb.

Əlavə olaraq Yeni Suraxanıda və Hövsan qəsəbəsinin Quşçuluq massivində optik infrastrukturun tikintisinə başlanılıb. Bu ərazilərdə 2022-ci ilin sonunadək 12 000 istifadəçiyə telefon və sürətli internet xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Baktelecom”un optik şəbəkəsi qurularkən daha çox sakinə xidmət göstərilməsi, gələcəkdə yeni yaşayış massivlərinin salınması və əhali artımı ehtimalı nəzərə alınır.

“Bakı Telefon Rabitəsi” MMC haqqında

1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə müasir simli və simsiz texnologiyalar vasitəsilə telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra telekommunikasiya xidmətləri göstərir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

“Baktelecom” haqqında veb-saytımız https://www.baktelecom.az/ üzərindən ətraflı məlumat ala bilərsiniz.

Reklam hüququnda

Paylaş:
334

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər