Şəmkirdə yük qatarı yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə yük qatarı yanıb

Qafar Ağayev09:07 - 06 / 04 / 2022
Şəmkirdə yük qatarı yanıb

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, rayonun Dəllər qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər