Köhnə ixtisaslar yeni ixtisaslarla əvəz olunmalıdır - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Köhnə ixtisaslar yeni ixtisaslarla əvəz olunmalıdır - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva09:12 - 06 / 04 / 2022
Köhnə ixtisaslar yeni ixtisaslarla əvəz olunmalıdır - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

Ekspertlərin qeyd etdiyi kimi, müasir dövrümüzdə bir çox texniki avadanlıqlar yeniləri ilə əvəz olunduğu kimi peşələr də bir-birini əvəzləyir. Texnalogiyanın inkişafı yeni iş imkanları yaratdığı kimi, köhnə peşələri də yavaş-yavaş sıradan çıxardır, tarixə qovuşdurur.

Məsələn, sovet dövründə telefonçu, liftçi peşələri var idi ki, artıq bu gün onlara ehtiyac yoxdur. Əgər əvvəllər telefonçu olmadan kiminləsə əlaqə saxlamaq mümkün deyildisə, bu gün hətta kiçik yaşlı uşaqlar belə mobil telefon vasitəsilə istədiyi şəxsə zəng vurub danışa bilir. Liftçi sənətinə gəldikdə isə əvvəllər bu peşə məsuliyyətli peşələrdən biri hesab olunurdu. Liftçilər kabinələrdə, onların ətrafında təmizliyə nəzarət edir, kənar şəxslərin liftdən boş-boşuna istifadəsinə imkan vermirdilər.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Real sektorun tələbləri : köhnə ixtisaslar yeni ixtisaslarla əvəz olunmalıdır" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, UNEC Sabah Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva, BMU-nun prorektoru, dosent Elçin Süleymanov və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru, dosent İsa Qasımov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
356

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər