Regionlarda avtovağzallar nazirliyin tabeliyindədir? - Quba avtovağzalının ərazisinin satılması ilə bağlı AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionlarda avtovağzallar nazirliyin tabeliyindədir? - Quba avtovağzalının ərazisinin satılması ilə bağlı AÇIQLAMA - FOTO

Qafar Ağayev11:23 - 06 / 04 / 2022
Regionlarda avtovağzallar nazirliyin tabeliyindədir? - Quba avtovağzalının ərazisinin satılması ilə bağlı AÇIQLAMA - FOTO

Ötən gün gün sosial şəbəkələrdə Qubada avtovağzalın ərazisində 1 hektar torpaq sahəsinin satışa çıxarılması ilə bağlı elan paylaşılmışdı.

Elanda, torpaq sahəsinin dəyərindən ucuz satıldığı, sənədlərin tam qaydasında olduğu qeyd olunmuşdu. Həmin elan bir neçə saat sonra silindi.

24 sentyabr 2011-ci ildə Prezident İlham Əliyev sözügedən avtovağzalın açılış mərasimdə iştirak etmişdi.

Maraqlıdır, bəs regionlarda avtovağzallar hansısa dövlət qurumunun tabeliyindədir, yoxsa özəl subyektlərdirlər?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva deyib ki, regionlarda avtovağzallar özəl subyektlərdirlər.

“Avtovağzalların fəaliyyəti Dövlət Avtomobil Nəqliyyatı Xİdməti tərəfindən tənzimlənir. Onlara avtovağzal kimi fəaliyyət göstərmələri üçün pasport verilir”.

Avtovağzal ərazisinin satılması ilə bağlı elana münasibət bildirən P.Əliyeva qeyd edib ki, həmin avtovağzalın rəhbəri belə bir elan vermədiyini deyib.

Sözügedən elan səhifədən silinsə də, həmin elanın ekran görüntülərini təqdim edirik:

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər