Bu şəxslərin dövlət qulluğuna xitam verilə bilər

May ayından etibarən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahanlar hər ay keçiriləcək.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib
O qeyd edib ki, may ayından etibarən ilk 3 ay ərzində imtahanlar hər ay keçiriləcək və sonra isə imtahanların keçirilmə intensivliyi iştirakçıların sayına uyğun olaraq müəyyən ediləcək.
V.Əsgərov vurğulayıb ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikatı ala bilməyən şəxslərin dövlət qulluğuna xitam verilə bilər. "2016-cı ildən, yəni dövlət qulluğu ilə bağlı sertifikat sistemi qəbul edilmədən əvvəl dövlət qulluğunda işləyən şəxslər əgər öz işlərini davam etdirmək istəyirlərsə sertifikat əldə etmələrinə ehtiyac yoxdur", - deyə o əlavə edib.
1news.az