SABAH qruplarına 2022-2023-cü tədris ili üçün tələbə qəbulu başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

SABAH qruplarına 2022-2023-cü tədris ili üçün tələbə qəbulu başlayır

Qafar Ağayev15:01 - 07 / 04 / 2022
SABAH qruplarına 2022-2023-cü tədris ili üçün tələbə qəbulu başlayır

Təhsil Nazirliyi SABAH qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu açıq elan olunur.

1news.az xəbər verir ki, müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Qeyd edək ki, yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var.

Müsabiqə barədə daha ətraflı məlumatla burdan tanış ola bilərsiniz.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər