Bu kənddə içməyə su yoxdur - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu kənddə içməyə su yoxdur - VİDEO

16:31 - 07 / 04 / 2022
Bu kənddə içməyə su yoxdur - VİDEO

Saatlının Novruzlu kəndinin sakinləri su sarıdan əziyyət çəkirlər. Sakinlər uzun müddətdir həm içməli, həm də suvarma suyu ilə təchizatda problem yaşadıqlarını deyirlər. Maraqlısı isə budur ki, kür çayı kəndin düz yaxınlığından keçir. Bəs görəsən problem nə zaman həll ediləcək?

Ölkənin ən böyük çayı olan Kür kəndin yaxınlığından keçsə də, sakinlər su üzünə həsrətdirlər.

Söhbət Saatlı rayonunu Novruzlu kəndindən gedir. Bu kənd Sabirabad rayonuna ən yaxın məsafədə yerləşir. Kəndə içməli su Sabirabad su kanal idarəsi, suvarma suyu isə Saatlı Suvarma Sistemləri idarəsi tərəfindən verilir.

Sakinlər uzun illərdir həm içməli, həm də suvarma suyu ilə təminat baxımından ciddi çətinliklər yaşadığını deyirlər.

İçməli su ilə bağlı şikayətlərə münasibət bildirən ''Azərsu'' ASC-nin Sabirabad Su Kanal idarəsindən bildirilib ki, adıçəkilən kəndə gün ərzində 8 saat içməli su verilir. Yaşayış məntəqəsinin müəyyən hissələrinə su yeni xətt vasitəsilə verilir. Ümumi layhələndirmə işləri başa çatdıqdan sonra bütün abonentlər yeni xətt vasitəsilə içməli su ilə təmin olunacaqlar. Suvarma suyu ilə bağlı səsləndirilən iddialara cavab olaraq ''Meliorasiya və Su Təsərüfatı'' ASC-nin Saatlı Suvarma Sistemləri İdarəsinin rəsmisi Vüsal Haqverdiyev şifahi olaraq bildirib ki, Novruzlu kəndində bir nasos stansiyası fəlaiyyət göstərir və idarənin tabeliyində olan 250 hektar ərazi su ilə təmin olunur. ''Həyətyanı sahələrin su ilə təminatındakı problemlərin aradan qaldırılması istiqamətində işlər davam edir. Əsas və daşıyıcı borular çəkilərək işlərin böyük hissəsi yekunlaşıb. Prosesi yekunlaşdırmaq üçün tender elan olunub. Qalib şirkət yarımçıq qalmış işləri davam etdirəcək''- deyə o əlavə edib.

Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər