Vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir - TƏBİB

S.Xankişiyeva12:41 - 07 / 04 / 2022
Vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir - TƏBİB

Ölkə üzrə COVID-19 əleyhinə vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, regionlarda da bu proses əhalinin sayına görə tənzimlənir.

"Məqsədimiz əhalinin daha sürətli vaksinasiya olunmasıdır. Peyvəndlərin saxlanma şəraiti ilə bağlı bu zamana qədər hər hansı bir problem yaşanmayıb" - deyə o əlavə edib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə bildirib ki, peyvənd məntəqələrində kifayət qədər soyuducular və digər avandanlıqların verilməsi zəruridir.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər